UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

Xəbərlər

25 fev 2020
#SuÇərşənbəniz Mübarək!
#SuÇərşənbəniz Mübarək! Biz BMT İP-QEF Kür II Layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və @QEF-in dəstəyi ilə Azərbaycan və Gürcüstanda Kür çayı boyunca təbiətin və təbii sərvətlərin qorunması üçün çalışırıq. #HərDamlaVacibdir
16 okt 2019
Saatlıda Qadınlar və Su mövzusunda təlim
16 oktyabr tarixində BMTİP-QEF Kür II Layihə komandası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə Dünyadakı şirin su ehtiyatları, evdə məişət suyunun istehlakı və Saatlıda qadınların bu prosesdə rolu mövzularında təlim təşkil etdi.
14 okt 2019
Hacıqabulda Qadınlar və Su mövzusunda təlim
14 oktyabr tarixində BMTİP-QEF Kür II Layihə komandası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə Dünyadakı şirin su ehtiyatları, evdə məişət suyunun istehlakı və Hacıqabulda qadınların bu prosesdə rolu mövzularında təlim təşkil etdi.
15 apr 2019
QHT-lər üçün Su Ehtiyatlarının İdarə edilməsi (SEİİ) mövzusunda maraqlı tərəflərin təlimi
15 aprel 2019-cu il tarixində BMTİP-QEF Kür II Layihəsinin Tbilisi ofisində Qeyri-Hökumət Təşkilatları üçün Su Ehtiyatlarının İnteqrasiyalı İdarə edilməsi (SEİİ) təlimi xanım Dr. Meri  Metyus və mühəndis Əhməd Əlsəud tərəfindən aparıldı.
27 mar 2019
BMTİP-QEF Kür II Layihəsinin Kiçik mütəxəssisləri Aysel Kamilli və Əhmədiyə Sərkərov Bakı Dövlət Universitetində dərs deyirlər
BMTİP-QEF Kür II Layihəsinin Kiçik Mütəxəssisləri Aysel Kamilli və Əhmədiyə Sərkərov 27 Mart 2019-cu il tarixindən etibarən Bakı Dövlət Universitetində (BDU) bakalavr səviyyəsində Hidrologiya və Biologiya proqramını tədris edirlər. Həm Aysel, həm də Əhmədiyə, bu layihənin ilk mərhələsində yaradılan BDU-da SEİİ proqramının tələbəsidirlər.
28 fev 2019
Paylaşılan Su keyfiyyət göstəriciləri üzrə Regional İş Qrupu
Kür II layihəsinin paylaşılan Su keyfiyyət göstəriciləri üzrə Regional İşçi qrupunun (RİQ) 28 Fevral 2019-cu il tarixində Gürcüstanda ikinci iclası keçirildi. Bu işçi qrupunun əsas məqsədi suyun keyfiyyətinin monitorinqi və qiymətləndirilməsi üçün davamlı mexanizm yaratmaq, həmçinin paylaşılan göstəricilər siyahısının yaradılmasıdır.
08 iyn 2017
Kür II komandası ilə Gürcüstanın Ətraf Mühit və Təbii Sərvətlər Nazirliyinin milli əalqələndiricisi arasında görüş
BMTİP / QEF Kür II layihə komandası 6 iyun 2017-ci il tarixində Tbilisidə Gürcüstanın Ətraf mühit və Təbii Sərvətlərin Mühafizəsi Nazirliyinin Su Resursları şöbəsinin müdiri Marina Makarova ilə görüşdü və bu mövzu ilə bağlı davam edən və gələcək problemləri, Kür çayı hövzəsi boyunca Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsini (SEİİ) transsərhəd razılaşdırılmış fəaliyyətləri və milli planları həyata keçirməyi müzakirə etdi.
06 iyn 2017
Azərbaycanda Su təsərrüfatı və meliorasiya mütəxəssislərinin peşə günü qeyd olundu
5 iyun 2017-ci il Bazar ertəsi günü Bakıda su təsərrüfatı və meliorasiya mütəxəssislərinin peşə gününə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Konfrans, Azərbaycan Prezidentinin 14 may 2014-cü il tarixli sərəncamı ilə peşə günü elan edilmiş, bu xüsusi günün qeyd edilməsi tədbirləri çərçivəsində "Azərsu" ASC və Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən təşkil edilmişdir.
02 iyn 2017
Kür II LKO (Layihə koordinasiya ofisi) komandası "Azərsu" ASC-də səmərəli görüş keçirdi
2 İyun 2017-ci il tarixində cümə günü Kür II LKO, Azərbaycanın əsas su təchizatı operatoru olan "Azərsu" ASC-nin nümayəndələri ilə görüş keçirdi.
25 may 2017
Kür II layihə komandası, Azərbaycanda EaP GREEN (Şərq Tərəfdaşlıq Proqramında Yaşıllaşdırma İqtisadiyyatı) Səmərəli Resurs və Təmiz İstehsal Layihəsi üzrə Milli Konfransda iştirak etdi.
BMTSİT Layihə Qrupunun dəvəti ilə BMTİP - QEF Kür II layihə işçiləri 25 may 2017-ci il tarixində Bakıda EAP GREEN (Şərq Tərəfdaşlıq Proqramında Yaşıllaşdırma İqtisadiyyatı) Səmərəli Resurs və Təmiz İstehsal layihəsi üzrə Milli Konfransda iştirak etdilər. Milli konfrans BMTSİT-nin rəhbərliyi altında Avropa İttifaqının (Aİ), əlavə olaraq Sloveniya Hökuməti və Avstriya İnkişaf Bankının birgə maliyyələşdirdiyi "Avropa İttifaqının Şərq Tərəfdaşlıq proqramında Yaşıllaşdırma İqtisadiyyatı" (EaP GREEN) regional layihəsi Səmərəli Resurs və Təmiz İstehsal Nümayiş Komponenti çərçivəsində təşkil edildi.