UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

Vebinar - Kür çayında suyun çirklənməsinin azaldılması üçün sənaye müəssisələrinə dəstək

22 sen 2020

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 25 sentyabr, saat 10:30-da 2 saatlıq vebinar baş tutacaqdır. Vebinarın məqsədi ekoloji göstəricilərini yaxşılaşdırmaq istəyən sənaye müəssisələrindən birinin texniki-iqtisadi əsaslandırılması üçün ekoloji dəyərləndirmə və xərc-fayda araşdırmaların nəticələrini təqdim etməkdir. İştirakçılar arasında maliyyə agentlikləri və ətraf mühitin yaxşılaşdırılması üçün dövlət və özəl sektor arasında əməkdaşlıq qurmaqda maraqlı olan digər sənaye müəssisələrinin nümayəndələri olacaqdır.

Su ehtiyatlarının çirklənməsinin qarşısının alınması səmərəli su idarəçiliyinin  əsas istiqamətlərindən biridir və bu proses, quraqlıq olan vaxtlarda xüsusilə vacibdir. BMTİP-QEF Kür II layihəsi Azərbaycanda Kür çayı hövzəsində əsas çirkləndirici sahələri araşdıraraq belə bir nəticəyə gəlmişdir ki, çayı əsas çirkləndirən sahələr dəri zavodları və qəssabxanalardır. Yerli və beynəlxalq ekspertlər tərəfindən bu iki sahə üçün ekoloji dəyərləndirmə planı, eləcə də çirklənmənin azaldılması üçün təlimat kitabçası hazırlanmışdır.

Layihə həm də  ekoloji göstəricilərini yaxşılaşdırmaq istəyən sənaye müəssisələrindən birinin texniki-iqtisadi əsaslandırılması üçün ekoloji dəyərləndirmə  və xərc-fayda təhlili hazırlamışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 25 sentyabr, saat 10:30-da 2 saatlıq vebinar baş tutacaqdır. Vebinarın məqsədi bu araşdırmaların nəticələrini təqdim etməkdir. İştirakçılar arasında maliyyə agentlikləri və ətraf mühitin yaxşılaşdırılması üçün dövlət və özəl sektor arasında əməkdaşlıq qurmaqda maraqlı olan digər sənaye müəssisələrinin nümayəndələri olacaqdır.

Bu seminar iştirakçılara müəssisələr üçün ətraf mühit göstəricilərini necə yaxşılaşdırmaq və ətraf mühitlə bağlı milli qanunvericiliyi öyrənmək üçün imkan yaradacaqdır. Seminar həm də maliyyə agentliklərinə Azərbaycanın dayanıqlı inkişafına maraqlı olan tərəfdaşları müəyyənləşdirməyə kömək edəcəkdir.

Tədbirə qeydiyyatdan keçmək və əlavə məlumat almaq üçün Hajar.Huseynova@undp.org emaili ilə əlaqə saxlaya bilərsiniz.