UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

Gürcüstandakı Tədbirlər

06 dek 2019
Gürcüstanda H2Otel Suya Qənaət Mükafatı
6 dekabr 2019-cu il tarixində, BMTİP-QEF Kür II Layihəsi, Milli Turizm Mükafatları Qalasında Gürcüstana xoş gəlmə mərasimində Gürcüstanda ilk H2Otel Suya Qənaət Mükafatını təqdim etdi.
14 noy 2019
Damcılı Suvarma sahəsinin açılışının nümayişi
13 Noyabr 2019-cu il tarixində Gürcüstanın Kaxeti bölgəsinin Eniseli kəndində damcılı suvarma sisteminin açılış mərasimi keçirildi.
03 okt 2019
Gələcəyimiz üçün su - hamı üçün su!
Gürcüstan QHT ED ilə Tərəfdaşlıqda BMT-nin QEF Kür II Layihəsi Qori gənclərinə dünyada görmək istədikləri dəyişikliklərdə iştirak etmək imkanı verməyə başlamışdır.
20 sen 2019
Milli Layihə Məşvərət Qrupu Yığıncağı
20 sentyabr 2019-cu il tarixində BMTİP-QEF Kür II layihəsi Gürcüstanda Milli Layihə Məşvərət Qrupunun (LMQ) 6-cı yığıncağını keçirdi.
15 apr 2019
15 Aprel 2019-cu il tarixində SEİİ üzrə QHT Təlimi
15 aprel 2019-cu il tarixində BMTİP-QEF Kür II Layihəsinin Tbilisi ofisində Qeyri-Hökumət Təşkilatları üçün Su Ehtiyatlarının İnteqrasiyalı İdarə edilməsi (SEİİ) təlimi xanım Dr. Meri Metyus və mühəndis Əhməd Əlsəud tərəfindən aparıldı.
01 mar 2019
Milli Layihə Məşvərət Qrupu görüşü │Tiflis, Gürcüstan │ 1 mart 2019
Gürcüstan Milli Layihə Məşvərət Qrupunun (MLMQ) görüşü 1 mart 2019-cu ildə baş tutmuşdur. Kür II layihəsi 2018-ci ildə layihənin inkişafi haqqında Milli Layihə Məşvərət Qrupu üzvlərini məlumatlandırmış, regional və yerli işçi qruplarının hal-hazırki vəziyyətlərini, eləcə də su idarəedilməsinin müxtəlif aspektlərində nümayiş layihələrini təqdim etmişdir.
14 sen 2018
14 Sentyabr 2018-ci il tarixində Milli Layihə Məşvərət Qrupunun Üçüncü Yığıncağı
14 sentyabr 2018-ci il tarixində Kür II Layihəsinin Tbilisi ofisində Gürcüstanın Milli Layihə Məşvərət Qrupunun üçüncü (MLMQ) yığıncağı keçirildi. Əsas müzakirə iki regional və beş milli işçi qrupunun formalaşdırılması, məqsədləri və gözlənilən nəticələr haqqında oldu.
30 may 2018
30 May 2018-ci il Çayın Bərpası üzrə III Məşvərət Yığıncağı
Gürcüstanda Çayların Bərpası üzrə Üçüncü Məşvərət yığıncağı, BMTİP / QEF Kür II Tbilisi Təlim Mərkəzində, 30 May 2018-ci il tarixində Gürcüstanın Ətraf Mühit və Təbii Sərvətlərin Mühafizəsi Nazirliyinin, kənd təsərrüfatı suyundan istifadə sektorunun, universitetlərin nümayəndələrinin və Kür II layihəsinin üzvləri və mütəxəssislərinin iştirakı ilə keçirildi.
17 may 2018
17 May 2018-ci il tarixində II Bələdiyyə və suvarma sahələrində suyun səmərəli istifadəsi
17 May 2018-ci il tarixində BMTİP / QEF Kür II Tbilisi Tədris Mərkəzində keçirilən Bələdiyyə və Suvarma Sektorlarında Səmərəli Su İstifadəsi ilə əlaqədar yığıncaqda Gürcüstanın Ətraf Mühit və Təbii Sərvətlərin Mühafizəsi Nazirliyinin, bələdiyyə su təchizatı sektorunun, kənd təsərrüfatı su istifadəsi sektoru, universitetlər, hidroenerji sektoru, Kür II layihəsinin üzvləri və mütəxəssisləri iştirak etdilər.
30 noy 2017
30 Noyabr 2017 tarixində Bələdiyyə və suvarma sektorlarında səmərəli su istifadəsi
30 Noyabr 2017-ci il tarixində BMTİP / QEF Kür II Tbilisi Tədris Mərkəzində keçirilən Bələdiyyə və Suvarma Sektorlarında Rasional Su İstifadəsi ilə əlaqədar iclasda Gürcüstan Ətraf Mühit və Təbii Sərvətlər Nazirliyi, Milli Ətraf Agentliyi, bələdiyyə su təchizatı nümayəndələri sektor, kənd təsərrüfatı su istifadə sektoru, universitetlər, hidroenerji sektoru, Kür II qrupu üzvləri və mütəxəssislər iştirak etdilər.
17 noy 2017
Çayın Bərpası üzrə Müşavirə İclası II 17 Noyabr 2017
17 Noyabr 2017-ci ildə BMTİP / QEF Kür II Tbilisi Tədris Mərkəzinin obyektlərində Çayın Bərpası üzrə Müşavirə Iclası keçirildi.
04 okt 2017
4 Oktyabr 2017 tarixində BMTİP-QEF Kür II Layihə Məşvərət Qrupunun 2 –ci Görüşü
BMTİP-GEF Kür II Layihə Məşvərət Qrupunun ikinci iclası 4 oktyabr 2017-ci il tarixində BMTİP / GEF Kür II Tbilisi Tədris Mərkəzində Kür II Layihə mərkəzinin müdiri Mariam Makarova və Kür II baş texniki məsləhətçi və regional layihə koordinatoru Meri Metyus tərəfindən keçirildi.
19 sen 2017
19 Sentyabr 2017 tarixində Su Resurslarının İdarə Edilməsi Göstəriciləri üzrə Regional Müşavirə İclası
Su Resurslarının İdarə Edilməsi Göstəriciləri üzrə Regional Müşavirə Yığıncağı 19 Sentyabr 2017-ci il tarixində BMTİP / QEF Kür II Tbilisi Tədris Mərkəzində Kür II qrupunun üzvləri, suyun keyfiyyəti və İRMM üzrə gürcü və azərbaycanlı mütəxəssislər ilə birgə keçirildi.
18 sen 2017
18 Sentyabr 2017 tarixində Çayların Bərpası üzrə I İclası
18 sentyabr 2017-ci il tarixində BMTİP / QEF Kür II Tbilisi Tədris Mərkəzində keçirilən Çayların Bərpası üzrə Müşavirə Görüşü sonradan daha geniş miqyasda yayıla bilən kiçik miqyaslı çay bərpa pilot layihəsinin həyata keçirilməsinin planlaşdırılan fəaliyyətinə həsr edilmişdir.
14 iyl 2017
14 iyul 2017-ci il tarixində BMTİP-QEF Kür II Layihəsinin ilk Gürcüstan Layihə Məsləhət Qrupu iclası
14 İyul 2017-ci il tarixində BMTİP / GEF Kür II Tbilisi Tədris Mərkəzində BMTİP GEF Kür II Layihə Məsləhət Qrupunun 1-ci iclası keçirildi.
11 iyl 2017
Ekoloji Axım Metodologiyası mövzusunda maraqlı tərəflərin Müşavirə Görüşü
Ekoloji Axım Metodologiyası mövzusunda maraqlı tərəflərin Müşavirə Yığıncağı, 11 İyul 2017-ci il tarixində, Gürcüstanın paytaxtı Tbilisidə, BMTİP / QEF Kür II layihəsinin təşkil etdiyi bir sıra görüşlər çərçivəsində təşkil edilib. Görüş USAİD G4G binasında keçirilib və BMTİP / QEF Kür II Layihəsinin Potensialın İnkişafı üzrə Mütəxəssisi Əhməd Əbu Əlseoud və Kür II Baş Texniki Müşaviri Meri Metyus tərəfindən aparılıb.