UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

Azərbaycandakı Tədbirlər

13 dek 2019
Şirvanda maraqlı tərəflərin görüşü
13 dekabr 2019-cu il tarixində BMTİP-QEF Kür II Layihəsi Şirvanda yaradılmış bataqlıq ərazisi barədə maarifləndirmə iclası keçirdi.
04 dek 2019
Azərbaycanda H2Otel Su qənaət Mükafatı
4 dekabr 2019-cu ildə, Azərbaycan Otellər Birliyinin Baş Assambleyasının iclasında BMTİP-QEF Kür II Layihəsi Azərbaycanda ilk H2Otel Su qənaət Mükafatını təqdim etdi.
18 noy 2019
Azərbaycanda ekoloji axım sahəsinə səfər
16-17 Noyabr 2019 tarixində BMTİP-QEF Kür II Layihəsi çərçivəsində Azərbaycanda Şəmkirçay və Əlicançay çayları hövzələri üçün ekoloji axınının tədqiqi ilə bağlı 6-cı monitorinq kampaniyası keçirildi.
16 okt 2019
Saatlıda qadın və su təlimi
16 oktyabrda Saatlıda BMT-nin QEF Kür II Layihə qrupu tərəfindən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə Su və Qadın mövzusunda təlim keçirildi.
14 okt 2019
Hacıqabulda Qadın və Su təlimi
14 oktyabr tarixində Hacıqabulda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə BMTİP-QEF Kür II Layihə qrupu tərəfindən Qadın və Su mövzusunda təlim keçirildi.
24 sen 2019
Saatlıda damcılı suvarma sahəsinin açılması
24 sentyabrda BMTİP-GEF Kür II layihəsi, Saatlı rayonunun Cəfərxan kəndində Kənd Təsərrüfatı Sektorunda sudan səmərəli istifadə ilə bağlı demo layihəsinin 3.1. açılışını etdi.
16 sen 2019
Milli Layihə Məsləhət Qrupu Görüşü
UNDP-GEF Kür II layihəsi 16 sentyabr 2019-cu ildə Azərbaycanda 6-cı Milli Layihə Məsləhət Qrupunun (PAG) iclasını keçirdi.
24 apr 2019
BMTİP-GEF Kür II Layihəsi Gənc mütəxəssisləri Aysel Kamilli və Əhmədiyə Sərkərov 27 mart - 23 aprel 2019 Bakı Dövlət Universitetində dərs deyiblər.
BMTİP-QEF Kür II Gənc mütəxəssislər, Aysel Kamilli və Əhmədiyə Sərkərov 27 Mart 2019-cu il tarixindən etibarən Bakı Dövlət Universitetinin (BDU) bakalavr səviyyəsində hidrologiya və biologiya ixtisasında dərs deyiblər.
05 apr 2019
Nəticə 3.1. Azərbaycanda kənd təsərrüfatında suyun səmərəli istifadəsinə dair görüş 5 aprel 2019-cu il tarixində Bakı şəhərində keçirilib.
5 aprel 2019-cu il tarixində, BMTİP-QEF Kür II Layihəsi, 3.1. Azərbaycanda kənd təsərrüfatında sudan səmərəli istifadəyə dair görüş keçirildi. Bu nümayiş layihəsinin məqsədi su effektiv texnologiyalarını hər iki ölkənin kənd təsərrüfatı sahələrinə tətbiq etməkdir.
30 mar 2019
Kür II Layihəsinin Regional Layihə Təhlilçisi xanım Həcər Hüseynova ADA Universitetində Təqdimat edib
Kür II Layihəsinin Regional Layihə Təhlilçisi xanım Həcər Hüseynova 30 Mart 2019-cu il tarixində ADA Universitetində ekoloji elmlər kursunun ikinci kursunda mühazirə oxudu. Təqdimatında Həcər yerkürəsində suyun paylanması, mövcud su mənbələri, məhdud şirin su ehtiyatları və müxtəlif su ehtiyatlarının idarəetmə üslubları ilə bağlı problemlərdən bəhs etdi.
16 mar 2019
Kür II Layihəsinin Baş Texniki Məsləhətçisi və Layihənin Regional Koordinatoru Dr. Meri Metyuzun ADA Universitetində çıxışı; Bakı, Azərbaycan 16 mart, 2019-cu il
Dr. Meri Metyuz 16 mart 2019-cu ildə ADA Universitetində beynəlxalq tələbə təşkilatı oikos Baku tərəfindən təşkil olunan 2 günlük tədbirdə çıxış etmişdir.
25 fev 2019
Azərbaycan Milli Məşvərət Qrupu; 25 fevral, 2019-cu il
Kür II layihəsinin növbəti Milli Layihə Məşvərət Qrupu görüşü (MLMQ) 25 fevral, 2019-cu ildə Azərbaycanda baş tutmuşdur. MLMQ üzvləri Azərbaycanda su üzrə müxtəlif maraqlı tərəflərdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərsu ASC, Ameliorasiya ASC, paralel olaraq Bakı Dövlət Universiteti və digər qurumlar da MLMQ-də təmsil olunmuşdur.
05 fev 2019
Kür II layihəsinin Baş Texniki Məsləhətçisi və Layihənin Regional Koordinatoru Dr. Meri Metyuzun IDEA tədbirində çıxışı; Bakı, Azərbaycan 5 fevral 2019-cu il
Ekoloji qiymətləndirmə və idarəetmə sahəsində 20 ilə qədər təcrübəsi olan Dr. Meri Metyuz 5 fevral 2019-cu ildə suyun mühafizəsi haqqında çıxış etmişdir.
21 dek 2018
H.E Nazir Cənab Babayev Azərbaycanda Çay Bərpası ərazisinə səfər edib; Bakı, Azərbaycan 21 dekabr, 2018-ci il
Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayev BMTİP-QEF Kür II layihəsinin stresin azaldılması ərazisinə – Bala Hacıqabul gölünə səfər etmişdir. O eyni zamanda 21 dekabr 2018-ci ildə Hacıqabul sakinləri ilə də görüşmüşdür.
11 sen 2018
Üçüncü Milli Layihə Məşvərət Qrupu Görüşü
Üçüncü Azərbaycan Milli Layihə Məşvərət Qrupu Görüşü 11 Sentyabr 2018-ci il tarixində Kür II layihəsinin əlaqələndirmə ofisində keçirildi. Əsas müzakirə obyekti iki beynəlxalq və beş milli işçi qrupunun formalaşdırılması, onların məqsədləri və gözlənilən nəticələr olmuşdur.
27 noy 2017
BMTİP-GEF Kür II Layihəsi Su Təchizatı və Tələblərin İdarə Edilməsi Məşvərət Görüşü │Bakı, Azərbaycan │27 noyabr 2017
27 noyabr 2017-ci il tarixində Kür II layihəsinin əlaqələndirmə ofisində Su Təchizatı və Tələblərin İdarə Edilməsi Məşvərət Görüşü keçirilmişdir. Görüşün əsas məqsədi Kür çayı hövzəsində yeraltı və yerüstü suların əlçatanlığının və məişətə və kənd təsərrüfatı sahələrində səmərəli su istifadəsi ilə bağlı problemlərin, eləcə də Azərbaycanda təxmini illik su itkilərinin müzakirəsi idi.
23 noy 2017
Beynəlxalq donorlar tərəfindən maliyyələşdirilən Azərbaycanda həyata keçirilən su layihələrinin əlaqələndirilməsi konfransı │Bakı, Azərbaycan │23 noyabr 2017
Beynəlxalq donorlar tərəfindən maliyyələşdirilən Azərbaycanda həyata keçirilən su layihələri üzrə Koordinasiya görüşü BMTİP-QEF Kür II layihəsi çərçivəsində 23 noyabr 2017-ci ildə Bakı, Azərbaycanda keçirilmişdir.
13 noy 2017
Çay Bərpası üzrə Məşvərət Görüşü │Bakı, Azərbaycan │13 noyabr 2017
Çay bərpası üzrə ikinci məşvərət görüşü 13 noyabr 2017-ci il tarixində Layihənin Bakı, Azərbaycandakı əlaqələndirməofisində keçirilmişdir. Görüşdə ETSN Ətraf Mühitin Monitorinqi Departamenti, ETSN Hidrometeorologiya Departamenti, Azərsu ASC, Meliorasiya və Su Təsərrüfatı ASC, BSU, EUWI + layihəsi, ENI SEIS-II layihəsi, çayın bərpası üzrə beynəlxalq məsləhətçi və Kür II layihə qrupu təmsilçiləri iştirak etmişdir.
26 okt 2017
BMTİP-QEF Kür II layihəsinin İkinci Layihə Məşvərət Qrupugörüşü │Bakı, Azərbaycan │26 oktyabr 2017
BMTİP-QEF Kür II Layihəsinin ikinci LMQgörüşü 26 oktyabr 2017-ci ildə Kür II layihəsinin əlaqələndirmə ofisində keçirilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin Su Təsərrüfatı Agentliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin, AZƏRSU Açıq Səhmdar Cəmiyyətinin və BDU-nun nümayəndələri LMQ-II görüşündə iştirak edirdilər.